• 2 Mart 2024
logo
Tvitterin həmtəsisçisi yeni sosial şəbəkə yaradır

Tvitterin həmtəsisçisi yeni sosial şəbəkə yaradır

Tvitterin həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkənin anonsunu verib.
Baymedia.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Dorsinin sözlərinə görə, 2019-cu ildən bu layihə üzərində işləyir.
O, bildirib ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesabları və məlumatları “Bluesky Social”a köçürməyə icazə veriləcək.
Hazırda sosial şəbəkə bağlı beta-test mərhələsindədir.