• 5 Dekabr 2022
logo
AB Ukrayna üçün 15 minlik ordu hazırlayır

AB Ukrayna üçün 15 minlik ordu hazırlayır

Avropa Birliyi ölkələri qısa müddətdə 15 min ukraynalı hərbçiyə təlim keçmək barədə razılaşıblar.
Baymedia.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb.
Bildirilib ki, son detallar gələn həftə Brüsseldə müzakirə ediləcək; Polşa qərargah yaratmaq üçün AB-dən vəsait alacaq, prosesin bir qismi digər AB ölkələrində həyata keçiriləcək.
Almaniya döyüş simulyasiya mərkəzində hərbi təlim keçməyi planlaşdırır, ukraynalı mühəndislər, həkimlər və digər mütəxəssislər də ölkədə təlim keçəcəklər.