Ukrayna daha 17 hərbçisinin cəsədini qaytarıb.
Bu barədə Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.
“Meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş tutub”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukrayna müharibə başlayandan indiyədək 400-dən çox hərbçisinin cəsədini geri qaytara bilib.