• 20 Yanvar 2025
logo
ABŞ-da koronavirusdan ölənlərin sayı 1 milyonu keçib

ABŞ-da koronavirusdan ölənlərin sayı 1 milyonu keçib

ABŞ-da Covid -19-dan ölənlərin sayı 1 milyon nəfəri keçib.
Bu hesablamanı NBC kanalı aparıb. Kanal bildirir ki, bu rəqəm San-Xose kimi böyük şəhərin əhalisinin sayı ilə müqayisə edilə bilər.
Cons Hopkins Universitetinin statistikasına görə isə, koronavirus 996 399 amerikalının həyatına son qoyub. Ölkədə sutka ərzində orta hesabla 325 koronavirus xəstəsi ölür.