• 28 May 2022
logo
Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan ediləcək

Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan ediləcək

Rusiya gəmilərinə Avropa limanlarına daxil olmaq qadağan ediləcək.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen açıqlama verib.
“İstisnalar yalnız kənd təsərrüfatı, ərzaq, humanitar yardım və enerji daşıyan gəmilərə şamil olunacaq”, - o deyib.
Ursula von der Leyen qərarın Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiya paketi çərçivəsində qəbul olunacağını və bunun Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını əlavə edib.