Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.
M.Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.
Bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.