• 30 Noyabr 2021
logo
Lavrov: “BMT Təhlükəsizlik Şurası beşliyinin dünyanın taleyinə diktə etmək hüququ yoxdur”

Lavrov: “BMT Təhlükəsizlik Şurası beşliyinin dünyanın taleyinə diktə etmək hüququ yoxdur”

“Asiya, Afrika və Latın Amerikası ölkələrinə BMT Təhlükəsizlik Şurasında (TŞ) yer ayrılmalıdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünyanın taleyini İkinci Dünya müharibəsinin qalibləri həll etməməlidir” bəyanatına münasibət bildirərkən deyib.
“Mən onunla razıyam ki, BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə yer ayrılmalıdır. Qərb ölkələri üçün isə Təhlükəsizlik Şuranda daha yer ayrılmamalıdır. BMT TŞ-nin beşliyinin dünyanın taleyinə diktə etmək hüququ yoxdur. Beşlik buna iddia da etmir”, - S. Lavrov vurğulayıb.