• 5 İyul 2022
logo
Ermənistanda müxalifət liderinin ərinə məxsus avtomobil yandırılıb

Ermənistanda müxalifət liderinin ərinə məxsus avtomobil yandırılıb

Ermənistanın müxalifət liderlərindən Zarui Postancyanın ərinə məxsus avtomobil yandırılıb.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, hadisə avqustun 5-də, səhərə yaxın baş verib.
Z. Postancyan hadisəni Ermənistan hakimiyyətinin sifarişi adlandırıb.
Onun sözlərinə görə, bunda məqsəd özünün və rəhbərlik etdiyi partiyanın siyasi fəaliyyətinə son qoyulmasından ibarətdir
Qeyd edək ki, hazırda xanım müxalifət liderinin adı Ermənistanda istintaqı aparılan 4 cinayət işində keçir.