• 1 Fevral 2023
logo
Apple peyvənd olunan müştəriləri mağazalarına maskasız buraxacaq

Apple peyvənd olunan müştəriləri mağazalarına maskasız buraxacaq

"Apple" şirkətin ABŞ-dakı mağazalarında və ofislərində koronavirus pandemiyası səbəbiylə qoyulan tələbləri yumşaltmağa başlamaq niyyətindədir.

Trend "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, "Apple" mağazalarında peyvənd olunan müştərilərin qoruyucu tibbi maskalar taxmalarına ehtiyac qalmayacaq. Şirkət işçiləri müştərilərdən peyvənd olunma barədə təsdiq istəməyə bilərlər. Yumşalma iyunun 15-dən qüvvəyə minir.

Bununla birgə, Kaliforniya ştatındakı bəzi ofislərin personalı istisna olmaqla mağazası işçiləri qoruyucu tibbi maskaları ​​taxmaqda davam etməli olacaqlar.