• 27 İyul 2024
logo
"Twitter" Nigeriya prezidentinin paylaşımını silib və onun hesabını bloklayıb

"Twitter" Nigeriya prezidentinin paylaşımını silib və onun hesabını bloklayıb

Nigeriyanın federal hökuməti “Twitter” şirkətini prezident Məhəmməd Buxarinin bir paylaşımını sosial şəbəkədən silməkdə, eləcə də Biafra dövləti yaratmağı arzulayan separatçılara qarşı ikili standartlar və yumşaq siyasət yürütməkdə ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Afrikanın “Sahara Reporters” xəbər portalı məlumat yayıb.
“Twitter”in öz qaydaları ola bilər, ancaq bunlar hamıya aid edilə bilməz. Əgər dünyanın istənilən dövlətinin prezidenti öz ölkəsində yaranmış vəziyyətlə bağlı narahatdırsa, onda o, fikirlərini sərbəst şəkildə ifadə edə bilər”, - deyə Nigeriyanın informasiya və mədəniyyət naziri Lay Məhəmməd bildirib.

“Reuters”in məlumatına görə, Nigeriya prezidenti dövlət binalarına hücumlara görə separatçıları cəzalandıracağı ilə hədələyib və bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Ancaq onun bu paylaşımı şirkət tərəfindən silinib.