• 9 Dekabr 2024
logo
AİB: Gürcüstanın ÜDM-i bu il 3,5% artacaq

AİB: Gürcüstanın ÜDM-i bu il 3,5% artacaq

Gürcüstan iqtisadiyyatı 2021-ci ildə 3,5% böyüyəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozunda qeyd olunub.

Bildirilib ki, iqtisadiyyatın tam açılması və turizm sektorunun bərpası nəticəsində 2022-ci ildə Gürcüstan iqtisadiyyatı 6% böyüyəcək. Proqnozda cari il üçün Gürcüstanda inflyasiyanın 5% təşkil edəcəyi, gələn il isə bu göstəricinin 3.5%-ə enəcəyi qeyd olunub.

Bundan başqa, AİB 2021-ci ildə Gürcüstanda kənd təsərrüfatı sahəsinin 3,2%, 2022-ci ildə isə 3,9% böyüyəcəyini proqnozlaşdırıb. Qeyd olunub ki, 2021-ci ildə ölkənin ixracı 7,1%, 2022-ci ildə isə 20,4% artacaq. İdxal isə müvafiq olaraq 3,6% və 8,9% artacaq.