• 14 Oktyabr 2019
logo
add image
Mafiyaya qarşı "Dişi şir" əməliyyatı - 70 nəfər saxlanıldı

Mafiyaya qarşı "Dişi şir" əməliyyatı - 70 nəfər saxlanıldı

İtaliyanın şimalındakı Breşiya şəhərində “Stidda” mafiyasına qarşlı genişmiqyaslı əməliyyat keçirilib.
“Dişi şir” adı verilən əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.
Bundan başqa, 35 milyon avro məbləğində əmlak müsadirə olunub.
Saxlanan şəxslərə qarşı mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb.
Əməliyyatlar İtaliyanın digər şəhərlərini də əhatə edib.