• 16 Yanvar 2021
logo
Cənubi Koreyanın Ali Məhkəməsi sabiq prezidentin 20 illik həbs qərarını qüvvədə saxlayıb

Cənubi Koreyanın Ali Məhkəməsi sabiq prezidentin 20 illik həbs qərarını qüvvədə saxlayıb

Cənubi Koreyanın Ali Məhkəməsi sabiq prezident Pak Kın Henin 20 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmü qüvvədə saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin KBS Televiziya və Radio Şirkəti məlumat yayıb.

Pak Kın He 2017-ci ilin martında impiçment edilib. 2018-ci ilin iyul ayında birinci instansiya məhkəməsi keçmiş prezidentə rüşvət ittihamı ilə 15 il, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 5 il həbs cəzası verib. Bundan əlavə, sabiq prezidentə 18 milyard von (16 milyon dollar) pul cəzası kəsilib.