• 2 İyul 2025
logo
Moskvada son sutkada 75 nəfər koronavirusdan ölüb

Moskvada son sutkada 75 nəfər koronavirusdan ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 469-a çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 735 900 insanda koronavirus aşkar olunub, 567 mindən çox insan isə müalicə olunaraq sağalıb.