• 29 Sentyabr 2020
logo
Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib

Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib

Hindistanda yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 80 mini keçib.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, son sutkada ölkədə koronavirusdan 1054 ölüm halı qeydə alınıb ki, bununla da Hindistanda koronavirusdan ölənlərin ümumi sayı 80776-a çatıb.
Son 24 saatda Hindistanda 83809 yeni yoluxma qeydə alınıb. Ölkədə indiyədək virusa yoluxanların sayı 4.93 milyonu keçib.
Con Hopkins Universitetinin məlumatına görə, bu ölkədə sağalma faizi 77.8 %-dir və indiyə qədər ölkədə 3.8 milyon şəxs xəstəlikdən sağalıb.