• 19 Mart 2024
logo
ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib

ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib

ABŞ və Rusiya arasında keçirilən strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Danışıqlar 16-18 avqust tarixlərində Vyanada keçiriləcək”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, daha öncə, iyunun 22-də S. Ryabkov ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Elçisi Marşal Billinqsli ilə Vyanada strateji sabitlik mövzusunda danışıqlar keçirib.