• 23 Sentyabr 2020
logo
Rusiyada son sutkada 5 267 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 5 267 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 5 267 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 871 894 nəfərə çatıb.

Son sutka ərzində 116 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 606 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.