Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Britaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 43906-ya çatıb.
Son sutkada koronavirusa 829 yoluxma halı qeydə alınıb, bununla da Britaniyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 313483-ə çatıb.