• 25 Aprel 2024
logo
Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub

Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.
Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.