• 5 Dekabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 677 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 677 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 677 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3873 nəfər karantində saxlanılır, 393 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 419 nəfəri sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.