• 2 İyul 2025
logo
Ermənistanda son sutkada 121 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 121 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 121 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 2507 nəfərə çatıb.

Ermənistanda indiyə kimi 39 nəfər koronavirusdan ölüb, xəstəlikdən 1071 nəfər sağalıb.