• 13 Sentyabr 2024
logo
Rusiya Kurska ağır texnikalar göndərir

Rusiya Kurska ağır texnikalar göndərir

Rusiya Kursk vilayətinə əlavə qüvvə və zirehli texnika daşıyır.

Baymedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, əraziyə göndərilən hərbi texnikaya BM-21 Qrad reaktiv yaylım atəş sistemləri, yedəyə alınmış artilleriya qurğuları, tanklar, ağır tırtıllı maşınlar, “Ural” və “KamAZ” maşınları daxildir.

“Zvezda” kanalı isə daşınan texnikanın görüntülərini paylaşıb.

Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib və 20-dən çox yaşayış məntəqəsini ələ keçirib. Hazırda ərazidə şiddətli döyüşlər gedir.