• 22 İyul 2024
logo
Blinkenin müavini İrəvanda səfirləri topladı

Blinkenin müavini İrəvanda səfirləri topladı

ABŞ dövlət katibinin müavini Riçard Verma Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların bir neçə rəhbəri ilə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Verma X sosial şəbəkəsində yazıb.

"Ermənistanın dünya arenasında artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlar və Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüş oldu", - o qeyd edib.

Verma birlikdə regional sabitliyə və təhlükəsizliyə töhfə verməyə çalışdıqlarını bildirib. O hesab edir ki, bu, davamlı tərəfdaşlığın və ümumi rifahın gələcəyidir.

Qeyd edək ki, Verma 17 iyundan İrəvanda səfərdədir. O, Prezident Xaçatryan, xarici işlər naziri Mirzoyan, Baş naziri Nikol Paşinyanla görüşüb.