• 25 Sentyabr 2020
logo
CNN: Trampın dostu koronavirusdan ölüb

CNN: Trampın dostu koronavirusdan ölüb

ABŞ-ın iri biznesmenlərindən biri, daşınmaz əmlak sahəsində çalışan “Crown Acquisitions” şirkətinin sahibi və Prezident Donald Trampın dostu Stenli Çera koronavirusdan ölüb.
APA-nın xəbərinə görə, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
S. Çera Respublikaçılar Partiyasının tərəfdarı olub və 2016-2019-cu illərdə Trampın seçki fondlarına 400 min dollardan artıq ianə edib.
D. Tramp son həftələrdə koronavirusla mübarizədə gecikmiş tədbirlər gördüyünə görə Demokratlar Partiyasının tənqidləri ilə üzləşib.
Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da koronavirusa 556 min nəfər yoluxub, 22 mindən artıq insan vəfat edib. Daha ağır vəziyyət S. Çeranın da sakini olduğu Nyu-York ştatındadır.