• 29 Aprel 2024
logo
Zelenski və ailəsinin gəliri 3 dəfə artdı

Zelenski və ailəsinin gəliri 3 dəfə artdı

Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü il üçün əmlak, gəlir və xərclər haqqında bəyannamə dərc edib.

Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.

Bəyanata əsasən, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib. Bu vəsaitin 7 milyon 455 min 972 qrivnası (190 min ABŞ dollarından çox) daxili dövlət borc istiqrazlarının satışından əldə edilib.

Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əmək haqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Ümumilikdə bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.

Prezident aparatı ötən illə müqayisədə gəlirlərin artmasını kirayə haqqının bərpası ilə izah edib.

Xatırladaq ki, 2021-ci ildə Zelenski ailəsinin ümumi gəlirini 10,824 milyon qrivna (demək olar ki, 276 min ABŞ dolları), 2022-ci ildə isə Ukrayna liderinin və ailəsinin gəliri təxminən üç dəfə azalaraq 3,692 milyon qrivna (94 min ABŞ dollarından çox) təşkil etmişdi.