• 15 May 2024
logo
Rusiyada YPX-yə hücum: ölənlər var

Rusiyada YPX-yə hücum: ölənlər var

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında Yol Patrul Xidmətinin əməkdaşlarına silahlı hücum edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayətində ezam olunmuş iki polis əməkdaşı həlak olub. Qaraçay-Çərkəz Respublikası YPX-nin iki, “Rosqvardiya”nın bir və Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə Baş İdarəsinin bir əməkdaşı da yaralanıb. Hücum edənlər cavab atəşi nəticəsində yerindəcə məhv edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd olunub.