• 29 Aprel 2024
logo
Türkiyədə qayıq batdı: 14 ölü

Türkiyədə qayıq batdı: 14 ölü

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Baymedia.az xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla 14 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını təsdiqləyib.