• 17 May 2024
logo
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “MediaHub” məlumat yayıb.

Məlumata görə, Paşinyan Aİİ-nin 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün yalnız mayın 8-də Rusiyada olacaq:

“Lakin Paşinyan mayın 9-da Qələbə Günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək, bu, artıq Qərbin tələbidir”.

Qeyd olunur ki, Ermənistan hökumətinin mətbuat xidməti bu məlumatı nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, Putinin andiçmə mərasiminin 7 mayda keçirilməsi nəzərdə tutulur.