• 29 Aprel 2024
logo
Hakan Fidan: Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir

Hakan Fidan: Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir

Sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq. Bundan əlavə, sevindirici xəbər Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə müzakirələr apardıq.

Baymedia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.

H.Fidan bildirib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir.