• 29 Aprel 2024
logo
Bağdad Ankaranın əməliyyatına dəstək verməyə hazırdır

Bağdad Ankaranın əməliyyatına dəstək verməyə hazırdır

Rəsmi Bağdad İraqın şimal bölgələrində PKK tərəfdarlarına qarşı ən böyük hərbi əməliyyatın keçirilməsində Ankaraya dəstək verməyə hazırdır.

Baymedia.az xəbər verir ki, bu barədə “Əş-Şərq əl-Əvsət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu məsələ ilə bağlı danışıqlar Türkiyə nümayəndə heyətinin Bağdada səfəri zamanı baş tutub:

“İraq Kürd Muxtariyyətinin şimal bölgələrində su və enerji sahəsində razılaşma müqabilində Türkiyə ordusunun Suriyada yaratmaq istədiyinə bənzər 30-40 km enində bufer zonasının yaradılmasına razılıq verib. Söhbət Türkiyənin hərbi bazalarının yerləşdiyi İraq Kürdüstanındakı əraziləri PKK tərəfdarlarının fəaliyyət göstərdiyi bütün sahələri əhatə edəcək təhlükəsizlik kəmərinə çevirməkdən gedir”, - məlumatda deyilir.

Qeyd olunur ki, son üç ayda Türkiyə, İraq və Kürd Muxtariyyəti rəsmiləri Ankaranın 2022-ci ildən “Pəncə-Kilid” əməliyyatını həyata keçirdiyi bölgələrdə keçirilməsi gözlənilən hərbi əməliyyatlarla bağlı məsləhətləşmələr aparıb.