• 23 Oktyabr 2024
logo
Təbrizdən Tevrizə: tarixin sirli kökləri

Təbrizdən Tevrizə: tarixin sirli kökləri

Türk sivilizasiyası – Avrasiyada yaranan ən qədim sivilizasiyalardan biri olub eramızdan əvvəl Avrasiyanın geniş çöllərində formalaşıb. Hazırda türk xalqları əlverişli-coğrafi mövqeyə malik olan Ön Asiya, Mərkəzi Asiya, Qafqaz regionları, Kiçik Asiya yarımadası, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Talas vadisi, Ordos vilayəti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərində məskunlaşıblar. Bu gün Türk xalqları geoloji baxımdan Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşiya), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir. Qədim Türk mədəniyyətinin izlərini apaydın özündə qoruyub saxlayan kurqanlara Altaydan Qafqaza qədər uzanan Böyük çölün hər yerində rast gəlinir. Kurqanlar maddi-mədəniyyət nümunələri ilə, eləcə də, bürünc, qızıl və gümüş bəzək əşyaları ilə zəngindir. Qədim Türk arxeoloji abidələri Dağlıq Altayda daha rəngarəngdir, yaxşı qorunub.
Tarixdə Türklərin ilkin yerdəyişmə tarixi eramızdan əvvəlki VII-VI minilliklərdən izlənilir. Mənbələrin məlumatına görə məhz bu dövrdə Altaydan başlanan köç İkiçayarasınadək davam edib və hərəkət zolağında özündən sonra xeyli sayda maddi-mədəniyyər nümunəsi, toponim yadigar saxlayıb. Türklərin başqa bir yerdəyişməsi tarixi mənbələrdə “Xalqların böyük köçü” adlanır. Bu nəhəng miqrasiya eramızın II əsrindən başlayaraq 300 ildən çox davam edib. V-VI əsrlərdə türklər Altay dağlarından Avropaya qədər yayılaraq Şərq, Qərb, Slavyanpravoslav sivilizasiyalarının qovuşduğu ərazilərdə məskunlaşmışdılar. Türklər məskunlaşdığı ərazilərə əvvəlki yurdlarının izlərini apardılar. Rusiyada və Mərkəzi Asiyada təkrarlanan coğrafi adlar bunu sübut edir.
Bu gün Altaydan, Sibir bozqırlarından Ön Asiyayadək uzanan coğrafi arealda istənilən sayda kalka toponimlərə rast gəlmək olur. Təbii ki, bu da köç başlanan ərazinin yeni məkanda yenidən yaşadılmasına dəlalət edir. Bu gün Yardımlının Deman yaylasının kalka toponiminə Uzaq Şərqdə Damansk adıyla, Yardımlıda Sineyir toponiminə Ön Asiyada Sinear adıyla rast gəlinməsi, eləcə də doğma Təbrizimizin adına Rusiyanın Omsk vilayətində rast gəlməyimiz müddəamızın aksiomudur.
Tevriz Rusiyanın Omsk vilayətinin Tevrizski rayonunda şəhər tipli qəsəbədir. 2017-ci ilin statistikasına görə burda 6893 nəfər əhali yaşayır. Qəsəbə Omsk şəhərinin şimalında , eyniadlı ( Tevriz) çayın , İrtış çayının sol sahilində, Qərbi Sibir düzənliyinin bir hissəsi olan İşim ovalığığında yerləşir.
Kənd kimi əsasının qoyulması 1785-ci ilə təsadüf edir. İlk sakinlər Tobolsk vilayətindən olan kəndlilər olub. 1813-cü ildə burda ilk kilsə tikilib. Az keçməmiş bu kilsə uçub. 1886-cı ildə Tobolsk Tikinti Komitəsinin planına uyğun olaraq yeni bir kilsə inşa edilib. Bu kilsədə iki məktəb var idi: kilsə məktəbi (1886-cı ildə açılmışdır) və əsas kənd məktəbi (1897-ci ildə açılmışdır). 1881-ci ildə Tevriz qəsəbə mərkəzi ,1925-ci ildə isə Sibir bölgəsinin Omsk rayonunun regional mərkəzi oldu. 1929-cu ildə Voroşilov adına kənd təsərrüfatı arteli yaradılıb. Bir kətan bitki, bir qayçı, bir balıq fabriki var idi. 1936-cı ildə ilk elektrik stansiyası, radio şəbəkəsi, orta məktəb açılıb . 1984-cü ildən Tevriz şəhər mərkəzinə çevrilməyə başlayır. Ərazi çay yatağı daşqın düzənliyində yerləşdiyindən burda podzolik dərin şüşəli və gli torpaqlar geniş yayılıb. Torpağın formalaşması süxurları gil və qumlardır.
Tevrizdən Omsk şəhərinin regional mərkəzinə məsafə təxminən 460 km, Tara Omsk bölgəsinə isə 150 km.-dir.
Dəniz nəqliyyatı ilə Omskə məsafə 456 km. Omsk, Tobolsk, Salexard (mühərrik gəmiləri Chernyshevsky və Rodina) ilə naviqasiya zamanı (buzlama dövrü) dəmir yolu rabitəsi fəaliyyət göstərir.
Beləcə mövcud tarixi araşdırdıqca dünyanın ən qədim sivilizasiya mərkəzlərində millətimizin adına, izinə, maddi mədəniyyətinə rast gəldikcə qürurlanmağa nə qədər haqqının olduğunu hiss edir, bir Türk olaraq fəxr edirsən.
Tanrı Türkü qorusun!

Malik Balaşov, tarixçi - publisist