• 23 Aprel 2024
logo
“İranın xarici və daxili siyasəti bərbad vəziyyətdədir”

“İranın xarici və daxili siyasəti bərbad vəziyyətdədir”

Əfşar Süleymani: “Güc tətbiqinə davam etsələr etiraz dalğası silahlı mübarizə ilə əvəzlənəcək”

Sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanaraq döyüldükdən sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişməsindən sonra başlanan etirazların miqyası getdikcə daha da böyüyür. Etirazçılar İranın bir çox şəhərlərində müxtəlif dövlət obyektlərini yandırırlar.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Abdullahiyan Məhsa Əmininin ölümündən təəssüfləndiklərini və hər il ABŞ və İngiltərədə onlarla qadının oxşar şəkildə həyatını itirdiyini vurğulayıb: “ngiltərə mərkəzli media orqanları İranda başlayan və dinc yolla bitən nümayişləri qızışdırmağa və təhrik etməyə çalışırlar. İran rəngli inqilabların və çevrilişlərin olacağı ölkə deyil. Birləşmiş Ştatlar bilməlidir ki, İranda rejim dəyişikliyi olmayacaq. İran xalqı şüurludur. Onlar dinc nümayiş, etiraz və anarxiya arasındakı fərqi bilirlər. Biz onların tələblərini dinləyirik və əhəmiyyət veririk".
Çoxsaylı həbslərlə yanaşı həyatını itirənlərin olduğu bildirilir.
Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə danışan İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirdi ki, xalqin ən azi 75 faizi hakimiyyətə qarşıdır. Keçmiş səfirin fikrincə, vəziyyət o həddəri ki, hamı boğaza yığılıb: “Demək olar ki, heç nə yerində deyil. İqtisadi vəziyyət acınacaqlıdır. Bütün sektorlarda problemlər yüksək səviyyəyə çatıb. Ölkədə zülm, ədalətsizlik, korrupsiya böyük vüsət alıb, diktatura möhkəmlənib”.
Diplomat diqqətə çatdırıb ki, bu vəziyyət əsasən gənc nəsli hiddətləndirib: “Xüsusilə 18-30 yaşlarında olan gənclər artq umidlərini itiriblər. Xarici və daxili siyasət bərbad vəziyyətdədir. Hökumət üzvləri ancaq hədələmə, yaxalama, həbsxanaya atma və edam etməyi bacarırlar.
Savadsız və yaltaqlar, həmçinin hökumətdə təmsil olunanların yaxınları irəli çəkilib, onlara vəzifə və meydan verilib”.
Əfşar Süleymani əlavə edib ki, əgər güc tətbiq etməyə davam etsələr o zaman ölkə yanacaq və külə çevriləcək: “Həmçinin etiraz dalğası silahlı mübarizə ilə əvəzlənəcək. Təbii ki, etirazın başlanmasında kənar təsirlər də mövcuddur. Əgər hökumət güzəştə gedərsə və məsələni sakit tərzdə həll etməyə çalışarsa o zaman problemi ən azı 50 faiz həll etmək mümkündür. Bu şərtlə ki, hökumət verdikləri vədlərə əməl etməlidir”.

Əli Zülfüqaroğlu