• 19 Aprel 2024
logo
Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı

Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı

Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar bəzi bölgələrdə məktəblər bağlanıb.

Trend-in məlumatına görə, qərar Karabük, Karaman və Konya vilayətlərinin ümumilikdə 6 rayonuna şamil edilib.

Qeyd olunan bölgələrdə güclü qar yağıb. Bəzi yerlərdə qar örtüyünün qalınlığı bir metrə çatıb.