• 28 İyun 2022
logo
Çavuşoğlu: “İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir”

Çavuşoğlu: “İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir”

Fərqliliklərimizə baxmayaraq Türkiyə-İsrail dialoqunun davam etdirilməsi çox faydalı olacaq. Bu həm də bölgədə sülhün mövcudluğu baxımından da müsbət rol oynayacaq.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə 15 il sonra etdiyi səfər zaman mətbuat konfransında deyib.
O qeyd edib ki, daimi sülhün bərqərar olması üçün BMT prinsipləri əsasında iki dövlətin (İsrail və Fələstin) yaradılması problemin yeganə həlli yoludur.
Bundan əlavə, Çavuşoğlu siyasi problemlərə baxmayaraq, İsraillə iqtisadi əlaqələrin çox sıx şəkildə inkişaf etdiyini, ötən il isə iki ölkə arasında ticarət dövriyyəsinin 8 milyard dolları ötdüyünü vurğulayıb.