Bizə sığınanların haqqını müdafiə etməyi mədəniyyət və tarixi məsuliyyət kimi qəbul edirik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, bu amillər Türkiyənin dünyada ümidin və vicdanın təmsilçisi olduğunu göstərir: “Ölkəmizin içində olduğu kimi, sərhədlərimizdən kənarda da hər siyasi addımımızı bu anlayışa əsasən atırıq. Balkanlardan Afrikaya qədər, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynada baş verən böhranlarda da bu yanaşma ilə hərəkət etdik və edirik”.