Türkiyənin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı hərbi qulluqçusu şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Pençe Kilit" əməliyyatı zamanı terrorçuların daha əvvəl yerləşdirdiyi minanın partlaması nəticəsində leytenant Ömər Delibaş yaralanaraq xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.