• 19 Mart 2024
logo
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
“Bizim ümidimiz odur ki, bu region müharibənin hökm sürdüyü bir regiona çevrilməsin” deyən Türkiyə Prezidenti bildirib ki, bu regionun sülhün hökm sürdüyü bir region kimi gələcəyə addımlamasına çalışılmalıdır.
Ərdoğanın sözlərinə görə, əsas arzu odur ki, bu məsələyə münasibət müsbət istiqamətdə inkişaf etsin: “Bununla bağlı vasitəçilik ola bilər, biz onlarla bu məsələni müzakirə edəcəyik, istər Ukrayna ilə, istərsə də Rusiya ilə bu danışıqları inkişaf etdirərək məsələnin həllində payımızın olmasını istrərik”.