• 4 Dekabr 2021
logo
Güneyli fəallara qəribə cəza: Onlar dini hədis və rəvayətləri əzbərləməyə məhkum olunub

Güneyli fəallara qəribə cəza: Onlar dini hədis və rəvayətləri əzbərləməyə məhkum olunub

Təbriz şəhərinin Ümumi və İnqilab Məhkəməsi 24 iyul aksiyalarında iştirak edən iki fəal haqqında qəribə qərar çıxarıb.
Beləki Fərzad Vəli Üskui və Əmir Məhəmməd Tədəyyün “məhəllə məscidində bir həftə müddətinə dini hədis və rəvayətlər əzbərləmək” cəzasına məhkum ediliblər.
Bundan adıçəkilən hər iki fəal “qanunsuz aksiyada iştirak etmək və hay-küy salmaqla ictimai asayişi pozmaq”da ittiham olunublar.
Qeyd edək ki, Fərzad Vəli Üskui və Əmir Məhəmməd Tədəyyün 24 iyul aksiyası ilə bağlı saxlanılıb.
Onlar istintaq təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülmuş, oradan isə 60 milyin tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığıa buraxılıb.
İyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.
Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.
Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Gunaz.tv