• 19 Mart 2024
logo
"Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər"

"Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər"

Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir bildirib ki, ABŞ F-35-dən sonra F-16 satışını donduracağı təqdirdə Türkiyə Rusiyadan Su-35 və Su-57 qırıcıları ala bilər.
Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSMTC) direktoru Dmitri Şuqayevin əvvəllər RİA Novosti-yə verdiyi məlumata görə, əgər Ankara onları almaq qərarına gəlsə, Rusiya Türkiyə tərəfi ilə Su-35 və Su-57 qırıcıları ilə bağlı danışıqlara hazırdır.
Dəmir deyib ki, əgər proses (F-16-nın ABŞ-a satışı və onların modernləşdirilməsi-red.) nəticə verməsə, Türkiyə alternativsiz qalmayacaq. Lazım gələrsə Su-35 və Su-57 mövzusu istənilən vaxt açıla bilər.
Cavid