• 3 İyul 2022
logo
Bu türk ölkəsində peyvənd olunmayanlar işdən çıxarılacaq

Bu türk ölkəsində peyvənd olunmayanlar işdən çıxarılacaq

Özbəkistan Prezidenti Şövkət Mirziyayev peyvənd olunmayan şəxslərin işdən çıxarılmasına icazə verən qanunu imzalayıb.
Qanuna görə, Özbəkistanın baş sanitar həkimi insanlar üçün təhlükəli olan karantin və digər yoluxucu xəstəliklərin yayılma təhlükəsi olduqda əhaliyə məcburi profilaktik peyvənd tətbiq edə bilər.
Əks göstərişləri olmayan bir işçi profilaktik peyvənddən imtina edərsə, işəgötürən onun işləməsinə mane olmaq hüququna malikdir.
Qeyd edək ki, iyul ayından Özbəkistan dövlət qulluqçuları, həkimlər, müəllimlər, nəqliyyat şirkətlərinin işçiləri və pərakəndə satış məntəqələri üçün məcburi peyvənd tətbiq edilib.