• 28 Yanvar 2023
logo
Türkiyədə son sutkada koronavirusdan 9 582 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 9 582 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 122 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 527 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 493 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 249 404 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 9 582 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 114 624 nəfər təşkil edir.