• 28 Mart 2024
logo
Ərdoğan tapşırıq verdi: AES-ləri dərhal hazır edin!

Ərdoğan tapşırıq verdi: AES-ləri dərhal hazır edin!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə atom layihələrinin reallaşdırılmasının sürətləndirilməsinə dair qurumlara tapşırıq verib.
Bu barədə Türkiyənin “Rəsmi Qəzet” saytı məlumat yayıb.
Məlumata görə, Ərdoğan bunun Türkiyənin elektrik enerjisi tələbatını ödəyəcəyini, enerji resursları idxalından asılılığını azaldacağını vurğulayıb.
Qeyd edək ki, Türkiyə yaxın illər ərzində 3 AES tikməyi planlaşdırır. Hazırda Türkiyə Rusiya ilə birgə “Akkuyu” AES-nin tikintisini həyata keçirir.