• 17 Mart 2025
logo
Baydenlə danışdım, bu məsələni həll edəcək

Baydenlə danışdım, bu məsələni həll edəcək

Mən cənab Baydenlə danışdım, biz bu məsələni həm dünən, həm də bu gün birbaşa müzakirə etdik. O bildirdi ki, proses deyildiyi kimi davam edərsə, 3-4 həftə ərzində məsələni həll edəcək.

Baymedia.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinə F-16-ların tədarükü ilə bağlı danışarkən deyib.

“F-16 üçün komponentlər məsələsinə gəlincə, biz bunu da şəxsən müzakirə etdik", - Ərdoğan NATO sammitindən sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.