• 27 İyul 2024
logo
Qurban milliyə baş məşqçi kimi gəlməz... - Musayev

Qurban milliyə baş məşqçi kimi gəlməz... - Musayev

Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam, gəlmərəm.

Baymedia.az xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının “sükanı arxası”nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb:

“Amma boşda olan məşqçilərimiz, cavan kadrlarımız, Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan Kaxaber Sxadadzeni deyərəm. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin, getsin. Elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulları niyə ona verirəm?”

Musayev bildirib ki, hazırda yığmaya namizəd futbolçuların sayı da artıb:

“Amma bu gün üçün baş məşqçi işi əvvəlki 5 ildən yaxşıdır. Qurbanovun vaxtında elə də yaxşı futbolçular yox idi. Amma bu gün var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır”.