• 27 İyul 2024
logo
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təyinatları bəlli olub.

Baymedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kipr – Azərbaycan matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Karolin Lanssensa İrmqard Van Meirvenne və Marqot Yacobs kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yana Van Laere yerinə yetirəcək.

Azərbaycan – Farer adaları matçı İsveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. Əsas hakim Lovisa Johanssona Kamilla Stendal və Jilan Taher yardımçı olacaq. Dördüncü hakim isə Maral Mirzai Benidir.

Qeyd edək ki, ilk görüş dekabrın 1-də Limassolda, ikinci oyun isə dekabrın 5-də Bakıda gerçəkləşəcək.