• 20 Aprel 2024
logo
Vinisius "Real"dan ayrılır?

Vinisius "Real"dan ayrılır?

Vinisius Junior İspaniyada irqçi təhqirlərə məruz qalsa da, “Real”da karyerasını davam etdirəcək.
Baymedia.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. İllik məvacibi 12 milyon avro olan braziliyalı futbolçu ilə yaxın vaxtlarda yeni müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-ci ilin yayına qədərdir.