• 19 Mart 2024
logo
Məsud Özil karyerasını başa vurdu

Məsud Özil karyerasını başa vurdu

Almaniya millisinin sabiq futbolçusu Məsud Özil karyerasını başa vurub.

Baymedia.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi Tvitter hesabında paylaşım edib.

Özil 17 illik karyerasını sonlandırdığını yazıb.

Qeyd edək ki, 2014-cü ildə Almaniya ilə dünya çempionu olan Məsud Özil Türkiyənin "Başakşəhər", "Fənərbağça", Almaniyanın "Şalke", "Verder", İspaniyanın "Real Madrid", İngiltərənin "Arsenal" kimi klubların formasını geyinib.