• 5 Fevral 2023
logo
Yığmamızın futbolçusunun burnu sındı

Yığmamızın futbolçusunun burnu sındı

Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.
Baymedia.az Report-a istinadla xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:
"Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.