• 26 Noyabr 2022
logo
DÇ-2022: Uruqvay- Cənubi Koreya matçında hesab açılmadı

DÇ-2022: Uruqvay- Cənubi Koreya matçında hesab açılmadı - Canlı

Bu gün Qətərdə keçirilən Dünya Çempionatında H qrupunda ilk turun oyununa start verilib.

Baymedia.az xəbər verir ki, hazırda bu qrupda yer alan Uruqvay və Cənubi Koreya yığmaları qarşılaşır.

“Education City” stadionunda keçirilən qarşılaşmanı fransalı referi Kreman Tyurpen idarə edir.

***

Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.