• 26 Noyabr 2022
logo
Leyla Qurbanova İslamiadanın qalibi oldu

Leyla Qurbanova İslamiadanın qalibi oldu

Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.
L.Qurbanova Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bu gün Azərbaycan idmançıları oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.